Forum haqqında

DƏYİŞƏK Kİ, VAR OLAQ!

"Milli Marketinq Forumu Marketinq Azərbaycan, Marketing AİR və Facemark.az komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.
Bu ilin 26-27 May tarixində V Milli Marketinq Forumu Pullman Hotel-in 500 nəfərlik zalında keçiriləcəkdir. Toplam 6 panel və hər paneldə 4 spiker olmaqla, 30 nəfər spikerin çıxışı planlaşdırılıb.
Forumda dəyişikliklər dövründə Marketinq strategiyası, Rəqəmsal marketinq, Marketinq Kommunikasiyaları, FMCG, Bloqçuluq və Milli Keyslər kimi panellər olacaqdır ki, bütün panellər üzrə ana istiqamət “Dəyişək ki, var olaq” seçilmişdir. Foruma biletləri saytın “Bilet al” bölməsindən və ya 055 793 97 79 nömrəsi ilə əlaqə saxlayaraq sifariş edə bilərsiniz. Biletin qiyməti 40 manatdır. Çatdırılma pulsuzdur.
Forum boyu twitter həştəqimiz #mmf2017 aktiv olacaq. İstər Forumdan öncə, istərsə də Forum ərəfəsində öz suallarınızı, irad və təkliflərinizi həştəqi qeyd edərək twitter-dən yaza bilərsiniz."

Xəbərlər